Türkiyənin Adana şəhərində nişanlı gənclər başlarından güllələniblər.

Mia.az Türkiyə TV-lərinə istiandla xəbər verir ki, yol kənarında 27 yaşlı Abdülsamet Kocamanla 24 yaşlı Zülfiyə Dopoğlunin güllələnməsi barədə polisə məlumat daxil olub.

Məlumata görə, başlarından vurulan Kocaman yerindəcə canını verib, Zülfiyə isə xəstəxanaya qaldırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib:

"Faktla bağlı polis araşdırması zamanı hadisənin baş verdiyi vaxtda qızın atası 49 yaşlı M.Dopoğlunun oradan sürətlə maşından keçdiyi məlum olub. Polis dərhal əməliyyat keçirərək onu saxlayıb".

Xəbərdə o da deyilir ki, nişanlı qız 2 gün əvvəl elə öz nişanlısına qaçıb.

Bu isə qız evində ciddi narazılıq yaradıb.

Samir Musayev

Mia.az