PSJ-nin ulduz futbolçusu Aşraf Hakimi zorlamada ittiham olunur.

Mia.az xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" nəşri məlumat yayıb.

Məlumata görə, 23 yaşlı bir qadın futbolçudan polisə şifahi şikayət edib: "Qadın şikayətində bildirib ki, futbolçu ona təcavüz edib. Maraqlı budur ki, o, bu barədə yazılı ifadə vermək istəmədiyini deyib...".

Fransa mətbuatı yazır ki, qadın son anda ifadə verməkdən imtina etsə də, prokurorluq "işə əl atıb": "Prokurorluq işi polisdən alaraq araşdırmaya başlayıb".

Xatırladaq ki, yanvarın əvvəlində məşhur brazilyalı futbolçu Dani Alves də barda qız zorlamaya görə həbs olunub.

Fərid

MİA.AZ