Türkiyə superliqasında "Mersin İdman Yurdu" və "Kayserispor"un  formalarını geyinən futbolçu Vellitonun keçmiş arvadı Rafaela Karvalyo sosial şəbəkədə döyüldüyünü iddia edən fotolarını paylaşıb.

Mia.az xəbər verir ki, o, paylaşımında keçmiş əri tərəfindən zorakılığa məruz qaldığını yazaraq, onun barəsində şikayətçi olduğunu bildirib.

Qadın iddia edib ki, keçmiş futbolçu olan əri Veliton onu döyüb:

"Bütün acı həyat hekayəm bu fotolardadır! Dünyanın hər yerində qadınlar belə zorakılığa məruz qalır. Mən də yaşadığım acı anı buradan paylaşmaq qərarına gəldim. Buna dözmək asan deyil. Mən bu cür zorakılığı yaşayan bütün qadınları qucaqlayıram. Kaş ki, hər birinizi qonaq edə, bir yerə toplaya biləydim. Susmayın!"

O əlavə edib ki, keçmş əri barədə təhdid, fiziki və psixoloji zorakılıq və işgəncə epizodarı ilə bağl şikayət edib.

Ləman

Mia.az