Qaziantepin Nurdağı rayonu bələdiyyə sədri Ökkeş Kavak həbs olunub.
Mia.az xəbər verir ki, buna səbəb onun və şirkətinin vaxtı ilə tikdirdiyi binaların demək olar ki, hamısının zəzlələdə tamamilə şökməsi olub.
Məlumata görə, çökən binaların altında qalan xeyli insan ölüb. Onların arasında bələdiyyə sədrnin yaxın qohumları da var.
Polisə aparılan bələdiyyə sədri bələdiyyə sədri Ökkeş Kavak ilk ifadəsində yaxın qohumarının da öldüyünü deyərək, vaxtilə sahib olduğu şirkətin apardığı inşaat işlərinin keyfiyyərtsizliyi barəəd iddiaları rədd edib.
O daha sonra bildirib ki, bələdiyyə sədri seçiləndən sonra şirkəti qardaşı Osman Kavaka həvalə edib: "Mən bələdiyyə sedr seçiləndən şirkətlə əlaqəmi kəsmişəm..."
Xatırladaq ki, dəhşətli zəlzələdən sonra Nurdağı rayonunun xəritədən silinərək yenidən salınmasına qərar verilib.
Bu barədə Qaziantepin Nurdağı rayonuna təhkim olunmuş Şirnak valisi (icra başçısı - mia.az) Osman Bilgin bildirib ki, uzun müzakirələrdən sonra rayondakı bütün tiklilərin sökülməsinə qərar verilib: "Rayondakı bütün binalar tam sökülərək, bir qədər kənarda yenidən inşa olunacaq".
Lamiyə,
MİA.AZ