Türkiyənin Afyonkarahisar şəhərində 81 yaşl kişi 51 yaşlı arvadını güllələyərək öldürüb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Afyonkarahisarın Dinar rayonunun Göçerli kəndində yaşayan 81 yaşlı M.T.  tapança ilə həyat yoldaşı B.T--niu güllələyib öldürdükdən sonra intihara cəhd edib.

Məlumata görə, o, öz başına atəş açıb. Yaralı halda Haydarlı Dövlət Xəstəxanasına çatdırılan qoca orada həyatı ilə vidalaşıb.

Türkiyə mətbuatı yazır ki, 81 yaşlı kişi törətdiyi qətlin səbəbini hadisədən əvvəl yazdığı məktubda izah edib. O, asma xəstəsi olduğuu və özündən 30 yaş balaca olan arvadının isə onunla maraqlanmadığını qeyd edib.

Fərid,

MİA.AZ