2019-cu ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı bu ilin yanvar ayının 1-nə olan məlumata görə 10 127 145 nəfər təşkil edib.

Mia.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki,əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.