Hollandiya liqasında "Ayaks"ın oyunçusu son turun oyununda "Sparta Rotterdam"la qarşılaşmada Türkiyədə zəlzələdə həlak olan futbolçu Kristian Atsunun xatirəsini vurduğu qoldan sonra anıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Ayaks"ını 4-0 qalib gəldiyi qarşılaşmanın 84-cü dəqiqəsində cərimə zərbəsindən qol atan Muhammed Kudus qoldan sonra formasını qaldıraraq, "R.I.P Atsu" yazılmış "mayka"ını kameralara nümayiş etdirib.
Onun bu hərəkəti azarkeşlər tərəfindən böyük alqışa layiq görülüb.
Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələdə "Hatayspor"da çıxış edən qanalı Kristian Atsu dağıntılar altında qalıb.
Onun cəsədi fevralın 18-də çıxarılıb və dünən ölkəsinə dəfn olunmaq üçün yola slaınıb.
Fərid,
Mia.az