Türkiyədə dünən yerli vaxtla saat 16.30-da bloklanan "Twitter"ə giriş yenidən açılıb.
Mia.az xəbər verr ki, dünən bloklanma qərarından sonra Türkiyə Rabitə qurumunun rəsmisi Ömer Fatih Sayan Twitter səlahiyyətliləri Con Hughes və Ronan kostello ilə görüşüb.
Görüşdə saxta hesablar, dezinformasiya yayan hesabların silinməsi, həmçinin, saxta yardım elanlarının nəzarətə alınması və digər məsələlər müzakirə olunub.
Türkiyə mətbuat yazır ki, görüşdən sonra 9.5 saat sürən bloklanma qərarı ləğv olunub.
"Twitter"ın sahibi Elon Musk görüşdən sonra belə bir tvit atıb: "Daha çox şeyi anlamağa çalışırıq".
Samir,
MİA.AZ