Gürcistanda azərbaycanlıların kompat yaşadığı Marneulidə yayımlanan TV-də Türkiyədəki zəlzələ ilə bağlı xəbəri səsləndirən aparıcının sözləri qardaş ölkədə diqqəti çəkib.
Mia.az xəbər verir ki, "Aktual xəbərləri"n azərbaycanlı aparıcısının yaxasına "türk rozeti"ni taxaraq zəlzələ xəbərini səsləndirməsi qardaş ölkədə minnətdarlıq hissi ilə paylaşılıb.
Xatırladaq ki, xəbərin aparıcısı zəlzələ xəbəırini təqdim etdikdən sonra belə deyib: "Başınız sağ olsun, qardaş Türkiyə. Acınız acımızdır, kədəriniz kədərimizdir. Bütün qəlbimizlə sizin yanınızdayıq".
Məlumat üçün onu da bildirək ki, iki gündür Marneulidə Türkiyəyə yardım toplanır.
Bundan başqa, Gürcüstan dövləti qardaş ölkəyə 100 nəfərlik xilasetmə qrupu göndərib.
Samir Musayev,
Mia.az