Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Sabunçu qəsəbəsində baş vermiş partlayışda xəsarət alanlarının vəziyyətini açıqlayıb.

Mia.az xəbər verir ki, məlumatda , Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan və Hindistan vətəndaşlarının Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunduğu bildirilib: “Hadisə zamanı evdə olan bədən xəsarəti alan dörd nəfərin vəziyyəti orta-ağırdır. Üz, boyun, əl və ayaqlarında 2-3-cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər”.

***

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub.

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları - 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları - 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə,

Mia.az