Milli Məclisdə media və sosial şəbəkələrlə bağlı müzakirə aparılacaq.

Mia.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyası üçün iş planına daxil edilib.

Bildirilib ki, parlamentdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin və aparatıın, həmçinin Medianın İnkişafı Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi həyata keçiriləcək.