Bu həftə məktəblilərin qış tətili başlayır.
Mia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama yayıb.
O bildirib ki, ümumtəhsil müəssisələrinin bütün səviyyələri üçün 27-31 yanvar tarixləri (5 gün) qış tətili günləridir.
Nazirlik rəsmisi əlavə edib ki, tətildən sonrakı ilk dərs günü fevralın 1-də olacaq.