Mia.az xəbər verir ki, dünən "Antalyaspor" "Elazığspor"u qəbul edib. Lakin S.Şəntürkün çıxış etdiyi Antaliya klubu 1-2 hesabı ilə uduzaraq, son ümidini də itirib. Belə ki, sona 2 tur qalmış 28 xalla son pillədə qərarlaşan "Antalyaspor" gələn mövsüm aşağı liqada mübarizə aparacaq.
Antaliya klubu ilə yanaşı, səfərdə "Eskişəhərspor"un qonağı olan və 4:1 hesabı ilə qalib gələn "Kayserispor" isə qələbəyə sevinə bilməyib. Kayseri klubu da aşağı dəstəyə yuvarlanıb.
"Qalatasaray" isə "Gənclərbirilyi" qarşısında 2-0 məğlub duruma düşməsinə rəğmən, ikinci hissədə toparlanıb. "Aslan"lar 3-2 qalib gələrək, ikinci sıraya yüksəliblər.