"Sərhədçi” İdman Olimpiya Mərkəzində davam edən taekvondo üzrə Avropa çempionatında Milli komandamızın aparıcı üzvü Ramin Əzizov (80 kq) yarımfinal döyüşündə məğlub olub.

Mia.az xəbər verir ki, o, Damon Samsuna (İngiltərə) uduzaraq qitə birinciliyini üçüncü pillədə başa vurub.

 Digər taekvondoçumuz Günay Ağakişiyeva da (57 kq) yarımfinal görüşündə İngiltərə təmsilçisi Jade Conesə məğlub olaraq, Avropa çempionatının bürünc medalla sahib olub.