Azərbaycanın futbol üzrə birinci divizionunda dünən keçirilən oyunlardan sonra Naxçıvanın "Araz Naxçıvan" futbol klubu elitada mübariz aparmaq hüququnu rəsmiləşdirib.
Mia.az xəbər verir ki, səfərdə "Şəmkir"i 2:1 hesabı ilə məğlub edən "Araz Naxçıvan" sona iki tur qalmış çempionluğunu təmin edib. Bununla da qarşıdakı mövsümdən etibarən, Naxçıvan klubu "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran", "Qəbələ", "Bakı" və digər klublarla bir sırada Azərbaycan çempionluğu uğrunda mübarizə aparacaq.
Təbrik edirik!