Bakının Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yenidən qurulması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Mia.az xəbər verir ki, ötən gün rayonun Məhərrəmov 31 saylı binanın həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, qanunsuz hasara alınmış ərazilərin çəpərləri sökülərək sakinlərin ümumi istifadəsinə verilib.
Eyni zamanda, 31 saylı ümumi yaşayış binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan boru və navalçaların dəyişdirilərək yeniləri ilə əvəz olunub. Binanın giriş blokları təmir edilərək, pilləkənlər aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub.
Mia.az-a verilən məlumata görə, həyətə bardur və tamet daşlarının vurulması, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin quraşdırılması işləri də nəzərdə tutulub.
Mia.az