Abşeron rayonunun Məmmədli kəndində yaşayış binasında yanğınla əlaqədar polis təhlükəsizlik tədbirləri görür.

Mia.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, sakinlərin təxliyəsi aidiyyəti dövlət qurumunun əməkdaşları ilə birgə təmin edilib, polis əməkdaşları tərəfindən vətəndaşların şəxsi əmlakı mühafizəyə götürülüb.