Bu gecə Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. 

"Yuventus" öz meydanında "Benfika"nı qəbul edib. İtalyanlar ilk oyundakı məğlubiyyətin (1:2) əvəzini çıxmağa çalışsalar da, buna nail olmayıblar - 0:0. Belədə "Benfika" finalda oynamaq hüququ qazanıb.

Digər oyunda iki ispan klubu - "Valensiya" və "Sevilya" üz-üzə gəlib. Səfərdə "Sevilya"ya 0:2 hesabı ilə uduzan "Valensiya" oyuna yaxşı başlayıb. 3:0 hesabı ilə öndə olan "yarasalar" matçın son dəqiqəsində qapısında qol görməklə finaldan kənardan qalıb.