Sabah saat 11:00-da “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

Mia.az xəbər verir ki, birlik tərəfindən abonentlərə göstəriləcək elektron xidmətlər barədə media nümayəndələrinə ətraflı məlumat veriləcək.

Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.