Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyinat olub.
Ali məktəbdən Mia.az-a bildirilib ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Nərmin Rzayeva bu vəzifəyə gətirilib.
AzTU-nun rektoru Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib.