Bu il xaricdə təhsil almış 627 nəfərin diplomu tanınmayıb.
Mia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu ilin dekabr ayının 1-nə kimi xarici kvalifikasiyaların tanınması ilə bağlı 3 295 müraciət qəbul edilib. 2 668 müraciət üzrə müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamələr təqdim olunub.
Digər 627 müraciət üzrə isə mənfi rəy verilib.