TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mətbuat katibi vəzifəsindən ayrılıb.

Mia.az xəbər verir ki, bu barədə Günay Quluzadənin özü açıqlama yayıb.

O bildirib ki, vidaları sevməsə də, bəzən daha yaxşı xidmət üçün yerdəyişmə lazımdır: "Çalışdığım Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan ayrıldığımı açıqlamaq istəyirəm. ETTOİ mənim üçün çox doğma idi, sevərək sözün əsl mənasında gecə-gündüz çalışdıq. Çalışdığım müddətdə hər zaman mənə dəstək olan bütün TƏBİB ailəsinə və direktorumuz Elviz Qasımova təşəkkürlərimi bildirirəm. Ən qısa zamanda yeni fəaliyyət ilə görüşmək ümidi ilə".