2022-ci təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 30 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.
Mia.az idarəyə istinadla xəbər verir ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 13 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib: "172 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb".