Tovuz rayonunda su arxının kənarında kişi meyiti tapılıb.

Məlumata görə, meyit Eyyublu kəndində aşkar olunub.

Meyitin kənd sakini 1987-ci il təvəllüdlü Zaur Əliyevə aid olduğu müəyyən edilib.

İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Hadisənin baş vermə səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır/Report.