Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) səfərdə "Çelsi"nin qonağı olub. Oyunda hesabı meydan sahibləri açsa da, madridlilər buna üç qolla cavab veriblər. Görüş 3:1 hesabı ilə "Atletiko"nun xeyrinə başa çatıb. Oyunda son qolu Türkiyə millisinin üzvü Arda Turan vurub. Bununl da "Atletiko"nu finala yüksəldib.
Xatırladaq ki, "Atletiko" həlledici oyunda digər Madrid klubu "Real"la qarşılaşacaq.
Final oyunu mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.