Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb.

Mia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski paylaşım edib: “Növbəti humanitar yük Ukraynaya yola düşür - Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti”.