Bu gecə futbol üzrə Çempionlar Liqasında digər finalçının adı müəyyənləşəcək. Budəfəki qarşılaşmada "Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) səfərdə "Çelsi"nin qonağı olacaq. 

Madriddə keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların finala çıxmaq şansları eyni qiymətləndirilir.

Oyun Bakı vaxtı ilə 23:45-də başlayacaq.