Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasının işıqlandırılmasında iştirak edən “Report” İnformasiya Agentliyinin (İA) avtomobilinə zərər yetirilib.
Məlumata görə, sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı ilə avtomobili əzib/Report.
Hazırda aksiya davam edir.