Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Madriddə rəqibinə 0:1 hesabı ilə uduzan "Bavariya" klubu doğma azarkeşləri önündə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Lakin Münhendə keçirilən qarşılaşmada qonaqlar rəqibinə heç bir şans verməyib. Oyun "Real"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Madrid klubu finala yüksəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu "Çelsi" - "Atletiko" (Madrid) matçı isə bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.