"Azərbaycan Dəmir Yolları" QSC-də kadr dəyişikliyi olub.
Mia.az manset.az-a istinadla xəbər verir ki, qurumun yeni sədri Rövşən Rüstəmovun müvafiq əmri ilə, Sənubər Nəzərova Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi təyin olunub.
O, bu təyinata qədər SOCAR AQŞ-nin mətbat meneceri, "Teknofest Azərbaycan" ofisinin PR nümayəndəsi vəzifəsində çalışıb.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova işdən çıxıb.
QSC-nin yeni sədrinin onu sələfi Cavid Qurvanova sadiq olmaqda ittiham edərək, vəzifədən getməyə məcbur ediyi bildirilir.
Mia.az