Bu gün Dünya çempionatının 1/8 final mərhələsində Fransa və Polşa yığmaları üz-üzə gəliblər.
Mia.az xəbər verir ki, oyunun 44-cü dəqiqəsində Fransada Olivye Jiru hesabı açıb - 1:0.
Mbappe 74-cü dəqiqədə fransızların üstünlüyünü artırıb - 2:0.
Mbappe 90-cı dəqiqədə daha bir qola imza atıb - 3:0
90+5-də Polşa millisi penaltidən fərqi azaldıb - 3:1.
Beləliklə, oyun bu hesabla başa çatıb və Fransa millisi 1/4-ə yüksəlib.
Fransızlar bu gün oynanacaq İngiltərə- Seneqal qarşılaşmasının qalibi ilə 1/4-də "döyüş"əcək.