Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktları aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyektlərin sökülməsi təmin edilib.