Keçmiş Baş Prokuror İxtiyar Şirin vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sosial şəbəkədə məlumat yayıb.
Xatırladaq ki, İxtiyar Şirin 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1992-1993-ci illərdə AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb.
2007-ci ildə Milli Konqres Partiyasının (MKP) sədri İxtiyar Şirin siyasi fəaliyyətdən uzaqlaşıb.
Allah rəhmət eləsin!