Noyabrın 14-15-də Dərbənd şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 12-ci iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, iclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərinin uğurla yerinə yetirildiyi bəyan edilib, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsi üzrə işlər barədə müzakirə aparılıb, habelə Komissiyanın 2023-cü il üçün iş planına baxılıb və təsdiq edilib.

Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissiyanın növbəti iclasının keçirilmə məkanı və tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.