"Barselona" qızıl, "Araz" bürünc medalın sahibi oldu
Bu gün Bakıda futzal üzrə UEFA kubokunun "dördlər finalı”nda üçüncü yer uğrunda və final görüşləri keçirilib.
Qol.Az-ın məlumatına görə, ilk öncə meydana "Araz" (Azərbaycan) və "Kayrat" (Qazaxıstan) komandaları çıxıb.
Üçüncü yer uğrunda görüş Bakı vaxtı ilə 19:00-da başlayıb. Yarımfinalda "Barselona"ya (İspaniya) penaltilər seriyasında uduzan təmsilçimiz bu matçda qələbə qazanmaqla turniri üçüncü başa vurmağa çalışacaqdı. "Araz" bu oyunda da üç dəfə hesabda geri düşməsinə baxmayaraq, yekun hesabda 6:4 hesabı ilə qalib gəlib. Bununla da təmsilçimiz bürünc mükafatın sahibi olub.
Final görüşündə isə "Barselona" (İspaniya) və "Dinamo" (Rusiya) komandaları üz-üzə gəlib. Tarixi ərzində cəmi bir dəfə (2012) UEFA kubokuna sahib çıxan "Barselona" bu matçın favoriti olsa da, oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 3 qol vuran "Barselona" kuboka sahib çıxıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11