Tərtər rayonunun Talış kəndində sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Talış kəndi ərazisində xidmətdə olarkən 2 640 ədəd 7 62 çaplı patronlar aşkar edərək götürüblər.

Araşdırma aparılır.