Sumqayıtda dəm qazından boğularaq ölən şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu olduğu məlum olub.

Mia.az APA-ya istinadla  xəbər verir ki, DSX-nin hərbçisi, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu xidmətdən kənarda, Sumqayıtda yaşadığı evdə dəm qazından boğulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.