"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Astara Terminal" MMC-nin direktoru Rahim Mustafayev vəzifəsindən azad edilib.
Mia.az xəbər verir ki, şirkətə rəhbərlik Zaur Ramazanova həvalə olunub.
Xatırladaq ki, "Astara Terminal" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət Azərbaycanın İranın Astara şəhərində inşa etdiyi terminalın idarə edilməsi ilə məşğuldur.
Qeyd edək ki, bu gün "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Azad Qasımov vəzifəsindən azad edilib, onun yerinə isə Vüqar Mirqasımov gətirlib.
Onu da xatırladaq ki, ötən həftə Prezidentin sərəncamı ilə Rövşən Rüstəmov "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri vəzifəsinə təyin edib.