Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, bu gün Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.
Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.