Şahin CƏFƏRLİ

***

Əvvəla, onun dediklərindən anlayırıq ki, həqiqətən də Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı ABŞ tərəfindən təklif olunan (Avropa Birliyi tərəfindən də dəstəklənən) "Vaşinqton variantı" mövcud imiş.

Putin bildirib ki, "Vaşinqton variantı" Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur.

Onun "əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik", - sözlərində narazı ton açıq hiss olunur. Aydındır ki, Rusiya Qərbin təklif etdiyi sülh anlaşmasına dəstək verməz. Həmin cümlənin bəsit dilə tərcüməsi budur ki, "əgər siz - ermənilər bütün Qarabağ üzərində Azərbaycanın hakimiyyətinə razısınızsa, onda özünüz bilərsiniz, qərar sizindir, bu halda Moskvadan bir şey gözləməyin. Yəni "günah bizdən getdi..."

Rusiyanın mövqeyi isə belədir ki, Qarabağın "özünəməxsus xüsusiyyətləri" var və sülh müqaviləsində bu xüsusiyyətlər əksini tapmalıdır.

Putin Azərbaycanın maraqlarını nəzərə aldıqlarını, lakin əhəmiyyətli dərəcədə məhz müttəfiq Ermənistanın nə təklif edəcəyinə diqqət edəcəklərini söyləməklə Paşinyanı hədəf taxtasına qoyur. O, erməni xalqına mesaj verir ki, əgər ortaya sizi qane etməyən sülh variantı çıxacaqsa, bunun günahkarı Paşinyan olacaq, ondan hesab sorun, biz Rusiya olaraq sizə dəstək verməyə hazır idik.

İndi böyük ehtimalla Ermənistan müxalifəti Putinin sözlərinə istinad edərək Paşinyanı Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınmasını (və təbii ki, ərazi iddialarından rəsmən imtina olunmasını) ehtiva edən sülh müqaviləsinə imza atmaqdan çəkindirmək üçün ona basqı quracaq. Putinin mövqeyi fərqli alternativin də mümkünlüyü ilə bağlı ermənilərdə ümid yaradır. Bu, şübhəsiz ki, Paşinyanın işini çətinləşdirəcək.

Şübhə yoxdur ki, "Vaşinqton variantı"nda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəlar da var, bunsuz zatən sülh müqaviləsi olmaz. Muxtariyyət statusu Azərbaycan üçün qəbulolunmazdır, amma yerli hakimiyyət orqanları çərçivəsində özünüidarəetmə modelinə (təbii ki, bütün ölkə miqyasında) və Qarabağ erməniləri üçün müvəqqəti beynəlxalq təhlükəsizlik təminatlarına razılaşmaq olar.

P.S. Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında çıxış edib. 

O deyib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Putin bildirib ki, hər iki ölkə arasında sülh lazımdır: "Əlbəttə, bu müqavilə lazındır. Biz Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasını və nizamlanmasını dəstəkləyirik. Ancaq hansı variantlarda? Bu varinatların seçimi Ermənistan rəhbərliyi, xalqı etməlidir. Onlar sülh üçün hansı variantı seçərsə,biz dəstəkləyirik. Lakin biz erməniləri bunaŞ heç nəyə nəyə məcbur etmirik. Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”.

MİA.AZ