Bursanın Keles ilçəsində Qarabağ savaşında şəhid olan Məzahir Rüstəmovun adını daşıyan parkın təməli qoyulub.

Mia.az xəbər verir ki, bu barədə İctimai-Siyasi Prosesləri Araşdırma Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli məlumat verib.

O, Bursa səfəri çərçivəsndə rəhbərlik etdiyi təşkilatın təşəbbüsü lə bir sıra uğurlu layihələrə imza atıldığını da vurğulayıb.