Elxan ŞÜKÜRLÜ

***

İranın İsraillə əlaqələrimizi bəhanəyə çevirib, Ermənistanla əməkdaşlıq etməsi nə qədər yanlış, nəticəsi öncədən hesablanılmayan xain və anti-müsəlman addımdırsa, İranın bu siyasətini əsas götürərək bütövlükdə İslam dininin, şiəliyin, “Əhli-Beyt” təmsilçilərinin hədəf taxtasına çıxarılması da eyni dərəcədə yanlış, axmaq və xain hərəkətdir.

Hər ikisi, mahiyyətcə, müaviyəçilikdir və eyni nəticəni almağa hesablanıb – bütövlükdə İslamı gözdən salmaq, ateist sovet şinelindən çıxmış və dinini dərindən araşdırıb öyrənməyə ehtiyaclı daha bir müsəlman ölkəsində şiəliyə, “Əhli-Beyt” tərəfdarlarına nifrət və qəzəb yaratmaq, yekunda da məzhəblərarası dialoqda unikal üstün imkanlara sahib Azərbaycanda indidən məzhəb savaşının təməllərini atmaq, bünövrəsini yaratmaq!

İşin bir başında ingilis barmağı, o biri başında isə yəhudi ağlı durur, beləcə, bir-birinə pas ötürə-ötürə hədəflərinə doğru da irəliləyirlər. Təəssüf ki, nə o tayda, nə də bu tayda bunu anlayan aydınlarımızın səsi, çağırışı eşidilmir.

Gerçək analitiklərsə görür ki, bu gün ABŞ-ın Bayden administrasiyası Rusiya və Çinə qarşı “demokratların xarici siyasət beyni” sayılan Zbiqnev Bjezinskinin vaxtilə kitablarında yazdığı plan üzrə addım-addım hərəkət etdiyi kimi, İslam coğrafiyasında da soyuq ingilis ağlı və qarışıq yəhudi qanıyla strategiyalar hazırlayan bu məşhur strateqin müəyyənləşdirdiyi xətt üzrə davranır.

Xatırladım ki, Bjezinski ABŞ-ın Rusiyanı çökdürüb Qərbyönümlü etmək üçün slavyan Ukraynada, sürətlə yüksələn Çinin Sakit və Hind okenalarına çıxışlarını nəzarətə almaq üçün Tayvan və Hindistanda möhkəmlənməsini həyati vacib məsələ sayır, Qərbin bütün bu ssenarilərini pozacaq, hərbi, iqtisadi və demokrafik baxımdan getdikcə güclənən “Müsəlman İttifaqı”nın - Türkiyə-İran-Pakistan koalisiyasının formalaşmaması üçünsə bu coğrafiyanı əsrlər boyu qan gölünə çevirmiş ənənəvi məzhəblərarası təfriqənin qorunub saxlanmasını çox əhəmiyyətli bilirdi.

Resurslarla zəngin və əsas nəqliyyat arteriyalarının üzərində yerləşən tarixi İslam coğrafiyasına daimi nəzarətin saxlanması üçün məzhəbçi, radikal təkfirçi düşüncənin, ənənəvi sünni-şiə ziddiyyətinin körüklənməsinin və mexanizmlərinin yaradılmasının çox gərəkli olduğuna isə Bjezinskini hələ ötən əsrin 70-ci illərində Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin yəhudi əsilli zabiti, nüfuzlu islamşünas alim, professor Bernard Lyuis inandırmışdı...

Diqqət yetirsək, görərik ki, SSRİ-nin çökdürülməsi üçün daim Pentaqonun masası üzərində olan “Bjezinski planı”nı respublikaçılar uğurla tamamladıqları kimi, indi də Bayden administrasiyası “demokratiya uğrunda savaş” adı altında, əslində, Rusiya-Çin-İran üçbucağında məhz post-Rusiya üçün hazırlanmış “II Bjezinski planı”nın icrasıyla məşğuldur: Ukrayna savaşı üzərində Rusiyanın hərbi-siyasi nüfuzunu darmadağın etməklə Putinin hakimiyyətdən getməsinə çalışır; Çinin “Bir Kəmər - Bir Yol” layihəsinin baş tutmaması üçün layihədə iştirak edən ölkələrdə çevriliş ssenarilərinə dəstək verir və Tayvan üzərindən rəsmi Pekini müharibəyə çəkən təhrikçi siyasət yürüdür; Rusiya və Çinlə ittifaqda çıxış edən, Türkiyə və Azərbaycanla birbaşa quru sərhədinə malik İranı, eynən 2011-ci ildə Oman sultanı vasitəsiylə olduğu kimi, sanksiyaları götürmək vədiylə indi də Ermənistan üzərindən həm məxfi danışıqlara cəlb edir, həm də daxilində kürdlərin əliylə iğtişaşlar təşkil edir...

Şübhəsiz ki, bu durumda ən çətin, həm də ən uduşlu geopolitik durumda ola biləcək ölkələr Türkiyə və Azərbaycanın da yer aldığı Türk Dövlətləri Təşkilatlarının (TDT) birləşdiyi blokdur. Problem ondadır ki, TDT üzvü olan Mərkəzi Asiya ölkələri həm də xüsusilə Rusiya ilə eyni hərbi-siyasi, iqtisadi ittifaqda, Çin və İranla iqtsadi əlaqələrdədir (KTMT, Avrasiya Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı) və onlar heç də bu mərhələdə ABŞ-ın maraqları naminə, öz ölkələrini Rusiya, Çin və İranla düşmən etmək, Ukraynanın gününə salmaq, əhalisini qırğına vermək niyyətində deyillər.

Tam məsuliyyətlə deyə bilərik ki, bu gün Rusiya-Çin-İran üçbucağında yer alan TDT blokunun ABŞ-ın əlində hər üçünə qarşı yeni bir qaynar savaş cəbhəsinə çevrilməməsinin qarşısının alınmasında və ümmətinin bu təlatümlü geopolitik turbulensiya dönəmindən – siyasi qasırğadan ağrısız və uduşla çıxmasında iki liderin – Türkiyə prezidenti Ərdoğanın və Azərbaycan prezidenti Əliyevin müstəsna rolları var və bu səbəbdən hər ikisi indi açıq-aşkar Qərbin hədəfindədirlər.

Bu, həm də o deməkdir ki, Ərdoğan və Əliyevin qarşıdakı illərdə də hakimiyyətdə qorunub saxlanması və bu tandemin regional təhlükəsizlik və iqtisadi tərəqqi məqsədiylə təklif etdiyi “3+3” formatını reallaşdırmaları təkcə bu ölkələrin əhalisi üçün yox, elə bütövlükdə Cənubi Qafqaz-Mərkəzi Asiya xəttində davamlı sabitliyin qorunub saxlanmasını istəyən bütün ölkələr, xüsusilə də Rusiya, İran və Çin üçün daha çox arzuolunandır.

Bu baxımdan, gözləmək olar ki, Azərbaycan və Türkiyə prezidentlərinin rəsmi Tehranı pozucu mövqedən çəkindirmək və regional əməkdaşlığa cəlb etmək üçün son günlər ərzində atdığı gərəkli diplomatik təzyiq mesajları 31 oktyabra planlaşdırılan Soçi görüşündə - Putin-Əliyev-Paşinyan danışıqlarında mütləq öz bəhrəsini verəcək, ABŞ-ın Ukraynada apardığı savaşa və bu dəfə Ermənistan üzərindən İranla apardığı məxfi danışıqlara çox ümidli olan sorosçu Nikol Paşinyanın sərt şəkildə cəzalandırılması, ona sülh prosesini tezləşdirən yeni sənədin imzalatdırılmasıyla nəticələnəcək.

Yaxın Şərqin unudulmaz tarixi göstərir ki, ABŞ onların maraqlarına cavab verməyən sülh sazişlərini pozmaq üçün həmişə nəzarətlərindəki radikal islamçı təşkilatları önə verərək, onların əliylə hansısa əməliyyatlarını pərdələməyə üstünlük verir.

Qərbin köhnə, bizim üçünsə yeni olan bu taktikasını ölkəmizdə işləməz hala gətirmək, iflic etmək üçün həqiqi Azərbaycan şiələri, “Əhli-Beyt”sevərlər indi daha təmkinli davranmalı, hər iki tərəfdən zorla çəkildikləri məzhəb savaşı oyununa gəlməməli, öz səbrləriylə məmləkətlərində fitnə atəşini alovlandırmaq istəyənlərin xain əllərini və dilini kəsəcək “Zülfüqar” olmalıdırlar!

Unutmayın ki, 1365 il əvvəl - 657-ci ildəki Siffeyn savaşında Həzrəti Əlini (ə) eşitməyən xəvariclər də doğru yolda olduqlarına inanırdılar, Allah sonradan onların əmllərini və niyyətlərini aşkarlayıb, ifşa etdi!

Əmin olun ki, indi, bu qarışıq vaxtı da “Əhli-Beyt” tərəfdarlarının yurdu olan gözəl məmləkətlərimizdə fitnə salanları Allah özü gec-tez aşkarlayıb üzə çıxaracaq və zəlil edəcək!

Mia.az