Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Heydər Rüstəmov vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, digər əmrlə o, nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sədr müavini təyin edilib.

Heydər Rüstəmovdan boşalan vəzifəyə isə müvəqqəti olaraq müavini İlham Əhədov gətirilib.