"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyində icraçı direktor vəzifəsinə təyinat olub.
Mia.az Report-a xəbər verir ki, bu vəzifə qurumun Nəzarət-təftiş komitəsinin üzvü, avtomobil bazarı üzrə tanınmış ekspert Eyyub Əliyevə həvalə edilib.
Vəzifə təyinatı ilə bağlı qərar AADA-nın geniş tərkibdə toplantısında qəbul edilib.
Toplantıda həmçinin Assosiasiyanın İdarə Heyətin tam formalaşdırılıb.