“Jurnalist vəsiqəsinin verilməsi “Media haqqında” qanunada nəzərdə tutulur. Xahiş edirəm ki, media subyektləri “vahid” sözünü jurnalist vəsiqəsi sözünün qarşısında istifadə etməsinlər”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Media Reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir maneə olmayacaq: “Vəsiqə sadəcə olaraq jurnalist vəsiqəsi adlanır”.

O bildirib ki, jurnalistlərin hər hansı bir tədbirdə iştirak etməsi üçün “Media haqqında” qanunda hər hansı bir məhdudiyyət yoxdur: "Media Reyestrinə daxil edilmək üçün jurnalistlərin özü müraciət etməlidir. Reyestrə daxil olmayan jurnalistlərin fəaliyyətində isə hər hansı məhdudiyyət yoxdur. Jurnalistlər Media Reyesterində qeydiyyatdan keçməkdə sərbəstdirlər. Bu, o demək deyil ki, reyestrdə qeydiyyatdan keçməyən jurnalistlər işləməyəcək, yəni heç bir məhdudiyyət yoxdur, jurnalist öz fəaliyyətinə davam edəcək. Təəssüflər olsun ki, bəzi ekspertlər “Media haqqında” qanun ilə bağlı yanlış müzakirələrə yol açırlar”.

Mia.az