"Zirə" klubu yeni futbolçu ilə anlaşıb.

Mia.az xəbər verir ki, "qartallar" İssa İbrahim Cibrila ilə anlaşıb.

27 yaşlı vingerlə 2,5 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, sözləşmə 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, Niger millisinin də üzvü olan İssa İbrahim Cibrilanın son klubu Türkiyənin “Keçiörengücü” komandası olub.