Azərbaycanda jurnalist vəsiqəsinin forması, vəsiqənin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, eyni zamanda beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulmuşdur ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək.
Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.
Digər qərarla jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edəcək.
Bildirilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Medianın İnkişafı Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.