Dünən Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilənlərdən biri bu gün geri addəm atıb.
Mia.az xəbər verir ki, dünənki qurultayda İdarə Heyətinə üzv seçilmiş Niyaz Niftiyev üzvlükdən imtina edib.
Məlumata görə, o, Rəşad Məcidə müraciətində atdığı addımın işlərinin çox olması ilə əlaqələndirib:
"Mətbuat Şurası İdarə Heyəti Niyaz Niftiyevin müraciətini müzakirə edərək, qəbul edib. Jurnalistlərin VIII qurultayında namizədlər arasında olan və Niyaz Niftiyevdən bir səs az toplamış Yeganə Hacıyeva isə İdarə Heyəti üzvləri sırasına daxil edilib".
Qeyd edək ki, Yeganə Hacıyeva ictimaiyyət nümayəndələri arasından namizəd olub.