İndiyədək jurnalistlərin VIII qurultayında 70-dək təşkilat iştirakını təsdiqləyib.
Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsindən Mia.az-a verilən məlumata görə, Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlardan Azərbaycan jurnalistlərinin VIII qurultayında iştirak etmək üçün nümayəndələrin qəbulunu davam etdirir.
Bildirilib ki, indiyədək 70-dək təşkilat qurultayda iştirakını təsdiqləyib. Onlar eyni zamanda Mətbuat Şurasının İdarə Heyətinə namizədlərinin adlarını da təqdim ediblər. Qurultay nümayəndələrinin və namizədlərin qəbulu prosesi 2022-ci il sentyabrın 20-də başa çatacaqdır.
Təşkilat Komitəsi Mətbuat Şurasının İdarə Heyətinin Azərbaycan jurnalistlərinin VIII qurultayının 2022-ci il sentyabr ayının 24-də keçirilməsi barədə 6 sentyabr 2022-ci il tarixli qərarını rəhbər tutaraq Mətbuat Şurasına üzv təşkilatlardan nümayəndələrin və namizədlərin adlarının təqdim edilməsini tezləşdirməyə çağırır. Bununla bağlı müvafiq təlimat https://presscouncil.az/az/news/257 linkində yer alıb: "TK onu da bildirir ki, Mətbuat Şurasının presscouncil.az saytında “Azərbaycan jurnalistlərinin VIII qurultayı” adlı ayrıca bölmə də yaradılıb ki, orada namizədlərin və nümayəndələrin verilməsi üçün anketlər yerləşdirilib (https://presscouncil.az/az/qurultay). Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi bir daha Mətbuat Şurasına üzv təşkilatları qurultayla bağlı prosedurları tez bir zamanda yerinə yetirməyə çağırır. TK bildirir ki, prosesin nəzərdə tutulan vaxtda – 20 sentyabr 2022-ci il tarixdə yekunlaşması ali məclisin keçirilməsi ilə əlaqədar digər işlərin də icrasını təmin etmək baxımından vacibdir"