Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən “TikTok” və “Telegram”ın bloklanması ilə bağlı iddialara münasibət bildirib.
Nazirlikdən Mia.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bildirilib ki, nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb.
Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı TikTok” və “Telegram”ın bloklanmasına dair məlumatlar yayılıb.